Tanzaniyada "Mbao" klubunun futbolçusu İsmayıl Xalfan oyun zamanı dünyasını dəyişib.
Goal.az xəbər verir ki, Tanzaniya Futbol Federasiyası 19 yaşlı futbolçunun matçın 74-cü dəqiqəsində rəqib oyunçu ilə toqquşduqdan sonra yerə yıxılıb, huşunu itirdiyini yazıb.
Gənc futbolçuya tibbi yardım göstərilib və o, xəstəxanaya göndərilib. Futbolçu xəstəxanada vəfat edib.
Həkimlər futbolçunun ürək tutmasından dünyasını dəyişdiyini bildiriblər.
Milli.Az