2016-ci ildə tanınmışlar yeni mahnılarla, kliplərlə, qalmaqallarla yanaşı, şəxsi həyatlarıyla da yadda qaldı.
Axşam.az bu il ailə quran və boşanan məşhurların siyahısını təqdim edir:
Ayrılan tanınmışlar:
Müğənni Lətifə Soyuöz 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Onun bu evlilikdən bir oğlan övladı var. 
İlin ən gözlənilməz boşanma xəbəri ATV-nin aparıcıları Samirə Mustafayeva və Vaqif Aydınoğlu olub. Uzun illərdir ailəli olan cütlük boşanıb. Onların bir qız övladı var. 
Rejissor Fuad Əlişov aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşanıb. Onların üç övladı var.
Müğənni Cavid Hüseyn bəstəkar xanımı Sevinc Ağasıyevadan boşandığını bildirib. Cütlüyün iki övladı var. 
Aparıcı Nurlana Cəfərova ötən ilin mayında ailə qurduğu türkiyə vətəndaşı mehmetlə ayrılıb. Onlar bu ilin fevralında rəsmən boşanıblar. 
Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan həyat yoldaşı Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədir. 
Müğənni Dilarə Kazımova da Türkiyəli əri Mert Aslanla ayrılıb. Deyilənə görə, ifaçının hazırda keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsi yoxdur. 
2016-cı ilin ailə quranları:
Müğənni Elçin Cəfərov keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Onların toyu apreldə olub. 
Aparıcı Kamran Quliyevin də bu il toyu oldu. O, Aytən adlı xanımla apreldə nikah masasına oturub. 
Aparıcı Azər İsmayılov ikinci dəfə ailə qurub. A.İsmayılov Nəcibə adlı xanımla nikah masasına oturub.
Müğənni Aytac Vidadiqızı Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurub. 
Müğənni Aysel Babayeva Fərid Mehdiyev adlı rəqqasla ailə qurub.
Aparıcı Tamilla Şirinova avqustda Avstriyada ərə gedib.
“O səs Türkiyə” yarışmasından tanınan müğənni Leyla Rəhimova Zaur adlı şəxslə ailə qurub. Leyla hazırda Ameriakada yaşayır. 
“Eurovision” təmsilçilərimizdən olan Fərid Məmmədov da apreldə nikah masasına oturub. 
“O səs Türkiyə” yarışmasından tanınan müğənni Elgün Quliyevin toyu olub. O, eyni zamanda əməkdar artist Elxan Quliyevin oğludur.
Aparıcı Yelena Sidorenkonun apreldə toyu olub. O, Mehdi adlı şəxsə ailə qurub. 
Aparıcı Sima Çələbi həmkarı Firuzə Cəlilovanın qardaşı ilə ailə qurub. 
Musiqili Teatrın aktyoru Nicat Əli də 2016-cı ildə subaylığın daşını atıb. 
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Mariya Dubovitskaya ailə həyatı qurub. O, restoran sahibi Ziyad Əliyevlə ailə qurub.
Futbolçu Ruslan Abışov bir neçə gün əvvəl ailə qurub. 
Karateçi Rafael Ağayevin toyu 2016-vı ilin iyununda baş tutub.
Aparıcı İradə İsak ikinci dəfə ailə qurdu. O, həmkarı Yaşar İsakovla nikah masasına oturdu.
Xalq artisti Firuz Əliyevin musiqiçi oğlu Əlinin bir neçə gün əvvəl toyu olub. 
Bu il bir neçə tanınmış nişanlandı. Onlardan biri də aparıcı İlkin Həsəni olub. İlkin ATV-də çalışan Aysel adlı xanımla ailə qurmağa hazırlaşır. 
Müğənni Natavan Həbibi bu yaxınlarda nişanlandığını deyib.
Bu il nişanlanan tanınmışlardan biri də Türkiyədə yaşayan müğənni Günel Zeynalova olub. O, Cem Ozan Torunlar adlı şəxslə nişanlanıb.
2016-cı ildə boşanan, toyu olan və nişanlanan yerli məşhurlar - siyahı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tünzalə Ağayevanın duetindən rekord nəticə - 2 milyon oldu / VIİDEO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Nərmin “Atabarı”nı yeni aranjimanda təqdim etdi - VİDEO
09 Noyabr 2026
·
20:19
Serdar Ortaç Tarkana söz atdı: “Popun kralı mənəm”
09 Noyabr 2026
·
19:44
Aygün Kazımovadan Namiqlə bağlı paylaşım - FOTO
09 Noyabr 2026
·
13:21
Saçını boyadıb reklama çəkildi: 30 milyon alacaq - FOTO
06 Noyabr 2026
·
23:20
Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda işsizlərin sayı açıqlandı
Bu gün
·
17:46
Milli Məclis 3 gün ardıcıl iclas keçirəcək
Bu gün
·
17:15
Nə polis var, nə də pul - Maaş əvəzinə daş verirlər
Bu gün
·
16:58
Bakıda və bölgələrdə güclü küləklə bağlı xəbərdarlıq verildi
Bu gün
·
16:56
Yerin 88 metr dərinliyində otel tikildi
Bu gün
·
16:42
Əhalinin yanacaq xərcləri artıb
Bu gün
·
16:40
Pul yağışı başlayır - Bu bürclər varlanacaq
Bu gün
·
16:27
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi
Bu gün
·
16:14
“Sabah” – “Neftçi” oyununun vaxtı açıqlandı
Bu gün
·
16:05
Xalq artistinin kürəkəni barədə qərar verildi
Bu gün
·
15:40
İrandan Almaniyaya aparılan yükdən narkotik çıxdı
Bu gün
·
15:21
Nə kirəmit, nə də beton: 300 il davam gətirən dam örtüyü
Bu gün
·
15:12
Məktəblərdə 5 günlük tətil başlayır
Bu gün
·
15:01
Hava kəskin dəyişir - Temperatur 10 dərəcə enəcək
Bu gün
·
14:55
Tovuzda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
Bu gün
·
14:33