Ebru Gündəş və ərindən boşanma iddiasına reaksiya (FOTO)

Ebru Gündəş və ərindən boşanma iddiasına reaksiya (FOTO)
11:51 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi Ebru Gündəş və Rza Zərrab boşanacaqları ilə bağlı iddialara aydınlıq gətiriblər.

ANS PRESS-in məlumatına görə, Ebru Gündəş və Rza Zərrab iddiaya vəkilləri vasitəsilə cavab veriblər.

Vəkil Şeyda Yıldırım ayrılıq iddiasını təkzib edib və bildirib ki, evlilik müqəddəsdir və məhrəmlik tələb edir. Vəkil qeyd edib ki, müştərilərinin xoşbəxt bir evliliyi var və bu davam edir.

"Müştərilərimin xoşbəxtliyinə kölgə salmağı hədəfləyənlərə qarşı hər cür hüquqi haqqımızdan istifadə etməkdə tərəddüd etməyəcəyik", - deyə vəkil Şeyda Yıldırım söyləyib.

Qeyd edək ki, Ebru Gündəş və Rza Zərrab 2010-ci ildə evlənib. Cütlüyün bu münasibətdən Alara adında 2 yaşında bir qızları da var.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR