Müğənnilər Aynur Dadaşova “Solo+” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı 8 il səhnədən uzaq qalmasından danışıb. O bildirib ki övladlarına görə, müğənnilikdən uzaqlaşıb.

Aparıcı Murad Arif ifaçının bu sözlərinə etiraz edib. Onun “Şou-biznes ana olan ifaçılardan ibarətdir. Bu mənim ağlıma sığmır. O qədər ana olan müğənnimiz var ki" sözlərinə A.Dadaşova belə cavab verib:

“Ana olmağa hazırlaşan ərəfədə mükafat da almışam, tədbirə də qatılmışam. Amma sonra gördüm ki, çatdıra bilmirəm. Həm də çox yorulmuşdum. Neçə gündür sənətə qayıtmışam, çəkilişlərdən yoruluram. Toylara da fasilə etmişdim”.