YAP Binəqədi rayon Təşkilatında ümummilli lider Heydərin Əliyevin vəfatının 13-cü ildönümü qeyd edilib.

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən öncə iştirakçılar ulu öndərin YAP Binəqədi rayon Təşkilatının inzibati binası önündə ucaldılan abidəsinə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları ulu öndərə həsr olunmuş "Heydər Əliyev mənim üçün kimdir?" adlı xatirə stendinə ürək sözlərini yazıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra tədbiri YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov giriş nitqi ilə açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın əvəzsiz lideri olaraq dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışıb. Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın bu gün də inkişaf etdiyini vurğulayıb. Dahi şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov tarixə nəzər salaraq, xalqımızın böyük fəlakətlərlə üz-üzə qaldığı illəri xatırladıb. Bildirib ki, 1991-1992-ci illərdə siyasi hakimiyyətin səriştəsizliyi nəticəsində dövlətçiliyimizin və xalqımızın taleyi ciddi təhlükələrlə üz-üzə idi. O zaman xalqımızı düşdüyü bu bəlalardan xilas edəcək böyük siyasi xadimə ehtiyac duyulurdu. Belə bir vaxtda xalq dahi şəxsiyyət Heydər Əliyevə inanaraq onu böyük etimadla ölkə prezidenti seçdi. Məhz dahi şəxsiyyətin xilaskarlıq missiyasının başlaması ilə ölkəmiz üzləşdiyi bütün bəlalardan nicat tapdı, bu gün onun qurub-yaratdığı müstəqil dövlətdə qürurla yaşayırıq.

Tədbirdə çıxış edən YAP-ın Siyasi Şurasının üzvü, Heydər Əliyev irsinin araşdırıcısı İradə Hüseynova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Fəaliyyəti dövründə daim ümummilli liderin diqqət və qayğısını hiss etdiyini vurğulayıb. Natiq dahi şəxsiyyətin vəfatını böyük kədər hissi ilə vurğulayaraq, bunu bütün türk dünyası üçün böyük itki adlandırıb. Dahi şəxsiyyətin qayğıkeş, cəsarətli bir şəxsiyyət olaraq ölkəmizin çiçəklənməsi istiqamətində yorulmaz fəaliyyətindən bəhs edib. Bu gün də onun uzaqgörən siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Kamaləddin Qafarov da çıxışında uşaqlıq illərində şahidi olduğu və ulu öndər Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb. İnsanların dahi şəxsiyyət Heydər Əliyevi böyük məhəbbətlə sevdiklərini, onun əziz xatirəsinin xalqın qəlbində daim yaşayacağını bildirib. Müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandıraraq dahi şəxsiyyətin əziz xatirəsinin dünyanın hər bir yerində yüksək kədər və sayğı hissi ilə qeyd edildiyini vurğulayıb.

Tədbirdə "Ulu öndərə məktub" inşa-yazı müsabiqəsində III yerin qalibi, "Ulu öndərin izi ilə" Naxçıvana səfərdə iştirak etmiş 284 saylı tam orta məktəbin şagirdi İlkin Məmmədov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevlə və onun doğulub, böyüyüb, boya-başa çatdığı Naxçıvana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Tədbirdə yekun nitq söyləyən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan tarixinin otuz ildən artıq bir dövrünün dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlı olduğunu qeyd edib. Bugünkü qüdrətli Azərbaycanın ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsi olduğunu bildirib. Natiq Azərbaycanda bütün sahələrdə əldə olunan inkişafa nəzərə salaraq bunları dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasi islahatların nəticəsi adlandırıb.

Daha sonra tədbir Bakı Humanitar Kollecin hazırladığı bədii proqramla davam etdirilib. Tədbirdə Azərbaycanın xalq artisti Niyaməddin Musayev, əməkdar artistlər Nuriyyə Hüseynova, İlkin Əhmədov bir vaxtlar ulu öndərin xoşladığı və öz səsi ilə oxuduğu musiqiləri səsləndiriblər. Tədbir ulu öndərin əziz xatirəsinə həsr olunmuş kompozisiya ilə yekunlaşıb.

Milli.Az

Binəqədidə Heydərin Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Binəqədidə Heydərin Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Binəqədidə Heydərin Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib - FOTO