Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Dərs” və “Onun atası” bədii filmlərinin nümayişi baş tutub.
Axşam.az-ın məlumatına görə, festival dekabrın 3-dən 9-dək Yeni Delhi şəhərində keçirilib.
Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
“Dərs” tammetrajlı bədii filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.
Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Ekran əsəri Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb.
“Onun atası” bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.
“Onun atası” filminin beynəlxalq təqdimatı İtaliyanın 17-ci Asiatica, Encounters with Asian Cinema Film Festivalının müsabiqə proqramında baş tutub. 
İki filmimiz Hindistanın beynəlxalq film festivalında -
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı - VİDEO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
bp AÇG-də 7 sualtı quyuda müdaxilə işlərini tamamladı
Bu gün
·
19:30
Kredit borcu olanlara mühüm xəbər
Bu gün
·
19:25
"Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür" - Elçin Qasımov
Bu gün
·
19:17
Bu yollarda tıxac var - SİYAHI
Bu gün
·
18:07
Azərbaycanda sement klinkeri istehsalı artıb
Bu gün
·
17:13
"Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
Bu gün
·
16:41
Bakıda kişi sükan arxasında öldü
Bu gün
·
16:31
Azərbaycanda zəlzələ oldu
Bu gün
·
16:03
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı
Bu gün
·
15:55
27 il Mərkəzi Banka rəhbərlik etdi: indi haradadır?
Bu gün
·
15:44
Oktyabrın havası açıqlandı - Aylıq proqnoz
Bu gün
·
15:43
Azərbaycana xalça idxalı azalıb
Bu gün
·
15:29
68 yaşı var, hər gün 30 kilometr piyada gəzir
Bu gün
·
15:17
Bakıda kişi sirkə turşusundan zəhərlənərək öldü
Bu gün
·
15:09
Bakıda evlər bahalaşır: qiymətlər nə vaxta qədər artacaq?
Bu gün
·
14:59