“Report”un məlumatına görə, SKMF sahibkarlardan taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və 3 ulduzlu hotelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (012) 434 74 29; faks: (012) 432 37 17, e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.
Qeyd edək ki, SKMF dekabrın 9-da Şamaxının Mədrəsə qəsəbəsində işgüzar forum keçirib.