Bir müddətdir Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva İstanbulda baş verən terrordan danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ayanın yaşadığı ərazi daha sakitdir:

"Türkiyədə yaşadığım üçün ora da mənim vətənimdir. Türklər güclü millətdir, ən ağır vəziyyətin belə öhdəsindən gəlməyi bacarırlar. Daha sakit bir bölgədə - Asiya tərəfdə yaşayıram. Ona görə də səs-küydən bir qədər uzağam. Özüm bu tərəfdə yaşamağı seçdim. Avropa tərəf çox səs-küylü olur. O hissəyə turistlər çox gəldiyi üçün terror da oralarda törədilir. Bilirlər ki, terror nə qədər çox olsa, turistlərin sayı azalacaq, iqtisadiyyat zəifləyəcək. İstanbul dünyanın ən gözəl və cənnət şəhəridir. Düşünürəm ki, hər şey yaxşı olacaq, bu hal geridə qalacaq".

Milli.Az