Milli Məclisin bu gün keçirilən plenar iclasında “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi müzakirə edilib.

Publika.az xəbər verir ki, sözügedən qanun layihəsi ilə bağlı Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O deyib ki, Vergi Məcəlləsinə edilən dəyişiklərin mühüm tərəflərindən biri də nağdsız hesablaşma ilə bağlıdır:

“Prezidentin 4 avqust sərəncamında nəğdsiz hesablaşmalar haqqında qanun layihəsi hazırlamaq tapşırığı olub. Hesab edirəm ki, bu layihə həm də bank sisteminin inkişaf etməsinə səbəb olacaq. Qanun 4 maddədən ibarətdir. Əslində bir çox ölkələrdə belə qanunlar var. Biz bu sahədə bir qədər də geçikmişik”.

Vergilər naziri Fazil Məmmədov isə deyib ki, təqdim edilən qanun layihəsinin vətəndaşların əməliyyat aparmasına aidiyyatı yoxdur:

“Vətəndaşlar istər nağd, istərsə də nağdsız əməliyyatını apara bilər. Bu daha çox sahibkarlara aiddir. Sahibkarlar bir-birilə müqayisədə nağdsız hesablaşmalar edə biləcək”.

Vasif Həsənli