Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş lideri Donald Trampla Suriyanın Ukrayna ilə dəyişdirilməsi üzrə razılaşacağına ümid edir.

Publika.az xəbər verir ki, bu haqda Suriyanın Hələb şəhərinin hökumət qüvvələri tərəfindən ələ keçirilməsini şərh edən Rusiya politoloqu Valeriy Solovey bildirib.

“Fikrimcə ki, Putin Ukraynanın Suriya ilə dəyişdirilməsi üzrə sazişə çətin ki, müvəffəq olacaq”, - Rusiya eksperti deyib.

O, həmçinin əlavə edib ki, sözügedən saziş istisna edilmir. Rusiya politoloq qeyd edib ki, Hələbin alınması Suriyanın taleyi üçün hələ heç nəyi dəyişdirməyəcək. “Ancaq Kreml Hələbə nüfuz sahələrinin bölüşdürülməsi üzrə ABŞ-la “paket sazişi”nin hissəsi kimi baxır”, - deyə Valeriy Solovey vurğulayıb.

Ömər Dağlı

"