Cənubi Koreya F-16 qırıcılarını Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreya) bunkerləri məhv edəcək bombalar və raketlərlə təchiz edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunlar GBU-31JDAM idarə olunan bombalar və orta hərəkət radiuslu “hava-hava” sinfindən olan AIM-120 raketləridir.
2009-cu ilin noyabrında Cənubi Koreya hökuməti F-16 təyyarələrinin müasirləşdirilməsi barədə “Lockheed Martin” Amerika korporasiyası ilə razılaşma imzalayıb. 2013-cü ilin oktyabrında 30 F-16 qırıcısı modernləşdirilərək silahlanmaya daxil edilib.
Ömər Dağlı