Bu məlumatlar Suriyada “yaralı uşaqlar”la bağlı
şəkilləri iki dəfə yoxlamalı olduğunuzu göstərir. Misir polisi
ekranlarınızda başqa bir yalan hekayənin ortaya çıxmasının
qarşısını alıb.
Misir Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində
bununla bağlı video yayımlanıb.
Misir polisi “yaralı uşaqların” səhnələşdirilmiş şəkillərini çəkən
şəxsi saxlayıb. O, çəkdiyi şəkilləri sosial şəbəkələrdə Suriyanın
Hələb şəhərində qırğın və yaralı insanların görünyüsü kimi
paylaşmağı planlaşdırıb.
“Misirin Port Səid əyalətində saxlanılan çəkim komandasına
fotoqrafın köməkçisi və uşaqların valideynləri daxildir”, -
nazirlik sosial şəbəkədə yazıb.
Məlumata görə, polis yerli rəsmilərin qərarı ilə qanunsuz olduğu
üçün dağıdılan binaların yanında olan çəkim prosesinə şahidlik
edib. Boya ilə qırmızı rəngə boyanmış ağ paltarlı qızın əlində,
eyni formada “qanlı” olan oyuncaq da var.
Fotoqraf şəkilləri Hələbdə çəkildiyi adı ilə sosial şəbəkələrdə
paylaşacağını təsdiq edib. (inter.az)