Qeyd edək ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər avtomatik olaraq lotereya iştirakçısına çevrilir. Lotereyada hər göndərilən 100 manat 1 şansa bərabərdir. 10 fevral 2017-ci il tarixədək keçiriləcək lotereya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1 000 manat qazanacaq.
"Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində “Kapital Bank” bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər", - deyə məlumatda qeyd olunub.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.