Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi gündəmdə yerini hələ də qoruyub saxlayır. Suriyada çoxdan gözlənilən baş verdi: Türkiyə ordusu və Azad Suriya Ordusunun qüvvələri İŞİD-in nəzarətindəki Əl Bab mahalına girib. İran prezidenti bu gün Ermənistana səfər edib. Ukraynada vəziyyət yenidən gərginləşib. Donbasdan çoxsaylı ölüm xəbərləri gəlir.

“Qadınlar da döyüşəcək” - Sarkisyandan Qarabağda müharibə mesajı

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Rusiyanın “lenta.ru” saytına müsahibə verib. Onun sözlərinə görə, Azərbaycanla silahlı konfliktin yenilənməsi mümkündür”.
Naziri deyib ki, münaqişənin mümkün eskalasiyası Ermənistan üçün əlverişsizdir: “Müharibənin yenilənməsi Cənubi Qafqaz üçün ciddi təhlükə yaradacaq”.
V. Sarkisyan dolayısı ilə etiraf edib ki, Ermənistan əhalisinin mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir.
“Millətin mənəvi-psixoloji sabitliyinin möhkəmləndirilməsi haqqında söhbət gedir. Ordu gənclərin vətənpərvərliyə köklənməsi üçün məktəb ola bilər. Biz, qadınlar üçün də könüllü hərbi xidmət imkanlarını genişləndirmək üzərində işləyirik”, - deyə o bildirib.

Bu gün İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edib. Ermənistan prezidenti Serj Sarkisyan “Zvartnos” hava limanında Həsən Ruhanini şəxsən qarşılayıb. Səfər Serj Sarkisyanın dəvəti ilə baş tutub.

Həsən Ruhani İrəvanda Dağlıq Qarabağ münaqişəsindən danışıb. İran prezidentiQarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğunu deyib. “Ermənistan və Azərbaycan bizim üçün dost ölkələrdir. Biz ümid edirik ki, regionda sülhün və sabitliyin qurulmasının şahidi olacağıq. Bu, bütün regionun xeyrinədir. Bu münaqişənin hərbi yolla həlli mümkün deyil. Biz problemin sülh yolu ilə həll olunmasını istəyirik”, - deyə Ruhani bildirib.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə münasibət bildirib. Onun sözlərinə görə, İran prezidentinin işğalçı Ermənistana səfərinə biganə mövqe ilə yanaşmaq olmaz.

Sarkisyanın qadınları, Ərdoğana sui-qəsd mesajı... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Xəzərdə baş verən faciədə İRAN İZİ - ŞOK AÇIQLAMA

İranın Azərbaycana qarşı təzyiqləri və təhdidləri təkcə bununla bitmir.