Nura əsəbiləşdi: "Kim geydi, kim impotentdirsə, özü bilər. Namus, qeyrət deyə-deyə camaatın başını xarab etdiniz"

Nəfəs LGBT Azərbaycan Alyansının sədri Cavid Nəbiyevin Almaniyada həmcinsi ilə ailə qurması ölkəmizdə birmənalı qarşılanmayıb.

Son olaraq müğənni Nura Suri xəbərə münasibət bildirərək, cinsi azlıqlara dəstək olub:

"Camaatdan əl çəkin! Bəsdirin onun-bunun şəxsi həyatını müzakirə etdiniz! Kim ərə gedir, kim boşanır, kim doğur... Sizə nə? Niyə yanırsınız? Kim geydi, kim impotentdirsə, özü bilər. Qoyun cavanlar rahat yaşasın! Namus, qeyrət deyə-deyə camaatın başını xarab etdiniz!" (istipres)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR