Müğənni Sevil və Sevinc Səfərova bacıları sosial şəbəkədə onları tənqid edənlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, əkizlər çoxlarının onların paxıllığını çəkdiyini vurğulayıb:

“İndi şəkil paylaşanda rəy bölməsini bağlamaq çox rahatdır. Bunu etmirik, çünki fikirlərinizə hörmətlə yanaşmaq istəyirik. Amma ara-sıra həddinizi aşırsız. Qızlar, yazdığınız sözlərə fikir verin. Niyə bu qədər paxıl və neqativsiz? Bilirəm, bir çoxunuz bizim yerimizdə olmaq istəyərdiniz. Amma heç arzulamıram. Hər şey sizin üçün rahat görünür, əslində elə deyil. Burada “blok” deyilən bir şey var. Özünə hörmət edən o siyahıda olmaz”.