Muğanbankın Göyçay və İmişli şəhərlərində yeni filialları fəaliyyətə başladı

Muğanbankın Göyçay və İmişli şəhərlərində yeni filialları fəaliyyətə başladı
13:42 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Muğanbankın Göyçay və İmişli şəhərlərində yeni filialları fəaliyyətə başlayıb.
 
Bununla bank regionlarda xidmət şəbəkəsini daha da genişləndirərək müştərilərinə bir az da yaxın oldu.
 
Yeni filialların açılması ilə Muğanbank regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır. Filillarda fiziki və hüquqi şəxslərə xidmət göstərilərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.
 
Yeni açılmış Göyçay və İmişli filialları müvafiq olaraq aşağıdakı ünvanlarda müştərilərini gözləyirlər:
 
Göyçay filialı: Göyçay şəhəri, R.Rza küçəsi 85a
  
İmişli filialı: İmişli şəhəri, 20 Yanvar küçəsi
 
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün bankın Məlumat Mərkəzinə +99412 564 35 11 zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR