Türkiyəyə xalis birbaşa xarici investisiya qoyuluşu 44,3% azalıb

Türkiyəyə xalis birbaşa xarici investisiya qoyuluşu 44,3% azalıb
19:12 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyəyə xalis birbaşa xarici investisiya qoyuluşu 2016-cı ilin yanvar-oktyabr aylarında illik müqayisədə 44,3% azalaraq 8 062 mln. ABŞ dolları təşkil edib. 
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin İqtisadiyyat Nazirliyinin oktyabr ayı üzrə "Beynəlxalq Birbaşa İnvestisiya göstəriciləri" bülletenində verilib. Hesabata əsasən, oktyabr ayında Türkiyəyə xalis 889 mln. dollarlıq birbaşa sərmayə qoyulub.
Beynəlxalq birbaşa investisiya qoyuluşunun tərkibində kapital qoyuluşunun həcmi isə hesabat dövrü ərzində 3 511 mln. dollar və ya 43,5% təşkil edib. Bununla da Türkiyədə 2016-cı ilin noyabrın 1-nə xarici investisiyalı şirkətlərin sayı 45 681-ə çatıb. Yerli kapitalla qurulan 6 629 şirkətdə xarici səhmdarların ortaq olması nəticəsində məcmu xarici kapitallı şirkətlərin sayı 52 310 təşkil edib.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyeye-xalis-birbasa-xarici-investisiya-qoyulusu-44-3-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR