x
Loading...
.

Türkiyə DİN rəhbəri: "Andrey Karlovun qətli terroçunun şəxsi təşəbbüsü deyil"

Türkiyə DİN rəhbəri: "Andrey Karlovun qətli terroçunun şəxsi təşəbbüsü deyil"
23:27 24 Dekabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+
.

Bakı. 24 dekabr. REPORT.AZ/ "Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli terroçunun öz təşəbbüsü deyil".
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Nazirin sözlərinə görə, Türkiyə hakimiyyəti terrorçunun Fətullah Gülənin tərəfdarlarıyla əlaqəsinin olmasını sübuta yetirilmiş hesab edir.
"Biz terroçunun Türkiyənin daxilində və onun hüdudları xaricindəki əlaqələrini aşkar etməyin üzərində işləyirik. İndi FETÖ terror təşkilatıyla qatilin əlaqəsi aydın şəkildə müəyyən edilib. Rusiya Federasiyasının səfirinə sui-qəsd - bu terroçunun şəxsi təşəbbüsünün nəticəsi deyil", - deyə Süleyman Soylu deyib.
Nazir bildirib ki, istintaqın nəticəsi artıq bir çox mühüm təfərrüatları aydınlaşdırıb. Amma indiki mərhələdə onları elan etməyi məqsədəuyğun hesab etmir. 
Süleyman Soylunun sözlərinə görə, istintaq Rusiya ekspertləri ilə sıx əlaqəli şəkildə gedir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-di-n-rehberi-andrey-karlovun-qetli-terrocunun-sexsi-tesebbusu-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR