Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın "Tu-154" təyyarəsinin Soçi şəhərinin Qara dəniz sahillərində qəzaya uğraması nəticəsində həlak olanlardan 7 nəfərin meyiti aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.
"Yeddi nəfərin cəsədi aşkar olunub", - deyə mənbə bildirib.
***11:08
Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğradığı yerdə sərnişinlərdən birinin meyiti tapılıb.
"Report" xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi nümayəndəsi mayor İqor Konaşenkov məlumat verib.
"Soçinin sahil xəttinin 6 km-də Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinin meyiti tapılıb. Cəsəd xilasetmə gəmisinin göyərtəsinə qaldırılıb", - deyə Konaşenkov bildirib.