Azərbaycan gələn ilin birinci yarısında Rusiya və Gürcüstanla dövlət sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclaslarının keçirilməsini planlaşdırır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, hər iki tərəfin nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilir.
Nazir müavini əlavə edib: "Bu, uzun prosesdir, müqavilə-normativ bazanı formalaşdırmaq lazımdır".
Milli.Az