“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, M.Tanrıverdi "səlahiyyətlərindən sui-istifadə", "dövlətə xəyanət" və "rüşvət almaq və vermək" maddələri ilə mühakimə olunub.
Qeyd edək ki, Türkiyənin "MAKİNA" və Kimya Sənayesi Qurumu Silah Fabrikinin müdiri Mustafa Tanrıverdi ABŞ-da silah fabriki olan türkiyəli iş adamı K.K.-ya "MP-5" və "MPT-76" (Milli Piyada Tüfəngi) markalı silahların qrafik təsviri və istehsal planlarını satarkən tutulub.
Xatırladaq ki, Mustafa Tanrıverdi günahını etiraf edib: "1987-ci ildən bəri bu qurumda müxtəlif vəzifələrdə işləmişəm. "MPT-76" adlı piyada tüfənginin istehsalının başlanğıcından indiyədək bütün mərhələlərində fəal çalışmışam”. O, tüfəngin NATO standartlarına cavab verdiyini də vurğulayıb.



