2016-cı ilin ən gözəl xanım çempionlarının adları açıqlanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, idman meydanındakı uğurları ilə yanaşı, seksuallığı ilə də diqqətləri cəlb edən "16-lıq" müəyyənləşib.
Belə ki, siyahıya sinxron üzgüçü Aleksandra Patskeviç başçılıq edir. Rio Olimpiadasının qalibi olan rusiyalı gözəlliyi ilə tək bu deyil, bir çox sorğuların da qalibi olub. Maraqlıdır ki, onu həmyerlisi Marqarita Mamun izləyir. Planetin bir nömrəli bədii gimnastı bu il medal kolleksiyasına Olimpiya "qızıl"ını da əlavə edib. İlk "3-lüy"ü isə Yana Kudryavtseva qapayır. Avropa çempionatında Mamunu qabaqlayıb çempion olan, Rioda isə ondan geri qalan bədii gimnast gözəlliyi ilə də "mükafatçılar" sırasında yer alıb.
Siyahıda növbəti yerləri müvafiq olaraq, Qabriela Koukalova (biatlon, Çexiya), İvana Maksimoviç (güllə atıcılığı, Serbiya), Yevgeniya Medvedeva (fiqurlu konkisürmə, Rusiya), Tatyana Koşelyova (voleybol, Rusiya), Elodi Kluvel (beşnövçülük, Fransa), Dominika Tsibulkova (tennis, Slovakiya), Aliya Mustafina (idman gimnastikası, Rusiya), Doroteya Virer (biatlon, İtaliya), Yuliya Yefimova (üzgüçülük, Rusiya), Ellen Hooq (otüstü hokkey, Hollandiya), Yekaterina İlyina (həndbol, Rusiya), Anjelik Kerber (tennis, Almaniya) qərarlaşıblar.
Diqqət çəkən məqam isə şimal qonşularımızın üstünlüyü öz idmançılarına yer verməsidir. İlk "3-lük"də ancaq həmyerlilərinə səs verən həmkarlarımız siyahıya ümumilikdə 9 rusiyalı idmançının adını salıblar.
Milli.Az














