Vaşinqtonun Qarabağ QİSASI, bağlı qapılar arxasında... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
·436 baxış·12 dəq oxu
İlin son həftəsinin siyasi gündəmi də zəngin oldu.
Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirir. Türkiyə
avqustun 24-də Suriyanın şimalında başladığı “Fərat Qalxanı”
hərəkatını davam etdirir. ABŞ prezidenti Barak Obama postundan
getməsinə həftələr qalmış ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi
üçün əlindən gələn hər şeyi edir. Türkiyə və Rusiya Suriyada
atəşkəs razılaşmasına nail oldu. Qara dənizdə Rusiyanın Tu-154
təyyarəsi qəzaya uğradı.
Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı
Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini
pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna
düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən
verilən məlumata görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı
qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Cəbhədə toqquşma: əsgərimiz itkin düşdü, düşmən xeyli sayda itki verdi
Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 hərbçi itirdiklərini açıqlayıb.
Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmalar
zaman-zaman yaşanır. Sərhəddə baş verənlər də
onlardan biri hesab oluna bilər, lakin diqqət çəkən nüanslar
fonunda təxribatın sıradan olmadığını, Azərbaycana qarşı böyük tələ
qurulduğunu deməyə əsas verir.
"Putinin NATO-su"nda Azərbaycana qarşı “sərhəd tələsi” - TƏHLİL
İddialarda gizlənən hədələr...
Bu diversiyanın ABŞ-dan planlaşdırıldığı ehtimalları da
var. Bunu isə Ermənistan mediasının özü yazır.
“Lragir” saytında yayımlanan “ABŞ Suriyada və Dağlıq Qarabağda
Ərdoğanla Putini dayandıra biləcəkmi?” adlı məqalədə bildirilir ki,
ABŞ prezidenti Barak Obamanın Rusiyaya qarşı sanksiyaları
genişləndirməsinin səbəblərindən biri də Ankara və Moskvanın Suriya
və Dağlıq Qarabağ planlarıdır.
ABŞ-dan Ərdoğan və Putinə qarşı QARABAĞ HƏMLƏSİ: MÜHARİBƏYƏ DOĞRU
“ABŞ Suriyada və Dağlıq Qarabağda Ərdoğanla Putini dayandıra biləcəkmi?”
MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistanın
Ermənistan-Azərbaycan sərhədindəki təxribatını
dəstəkləyib. O, Dağlıq Qarabağdakı terrorçu rejimi
"Dağlıq Qarabağ Respublikası" adlandırıb.
Rusiyalı generaldan Qarabağla bağlı TƏRBİYƏSİZ AÇIQLAMA
Bədnam status-kvo durumunu qorumaq üçün bütün vasitələrə əl atır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də
Ermənistanın Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi
növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş
əməllərini kəskin şəkildə pisləyib. Nazirlik
Ermənistanın müxtəlif vasitələrlə üçüncü qüvvələri Qarabağ
konfliktinə cəlb etməyə çalışdığını bildirib.
5 rayon qaytarılır, Qarabağ... – Ter-Petrosyan hirslənib
SİRLƏRİ AÇDI
Ermənistanda Dağlıq Qarabağ danışıqlarının detalları
ətrafında mübahisə bu həftə gündəm oldu. Ermənistan
prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan
qurultayda çıxışında ərazilərin Azərbaycana qaytarılmasının ən
yaxşı variant olduğunu açıqlayıb. Petrosyan onu tənqid edənlərə isə
cavab olaraq bildirib ki, onun Dağlıq Qarabağla bağlı dediyi məsələ
hazırda prezident Serj Sarkisyanın apardığı danışıqlarda masanın
üzərindəki mərhələli həll variantıdır. “Belə çıxır ki, məni
xəyanətdə ittiham edənlər əslində özlərini ittiham edirlər”, - deyə
o bildirib. Petrosyan danışıqlar masasındakı 6 mərhələli proqramın
detallarını açıqlayıb.
5 rayon qaytarılır, Qarabağ... – Ter-Petrosyan hirslənib SİRLƏRİ AÇDI
Məni xəyanətdə ittiham edənlər əslində özlərini ittiham edirlər.
Ermənistan prezident Serj Sarkisyan da Dağlıq
Qarabağ danışıqlarının detalları ətrafında gedən mübahisəyə
qoşulub.
Qarabağ 6 mərhələdə qaytarılır: Sarkisyan da detallardan DANIŞDI
Nə qədər gec deyil, Ermənistan bu addımı atmalı və münaqişə həll olunmalıdır.
Tezliklə ərazilər azad olunacaq - Sarkisyan bağlı
qapılar arxasında nə deyir?
“Hazırda Ermənistanda siyasi dairələrdən tutmuş,
ictimai məkanlara qədər hər yerdə ərazilərin Azərbaycana
qaytarılacağı haqqında danışırlar. Hələlik konkret heç nə yoxdur.
Lakin görünən odur ki, ərazilərin qaytarılması tezliklə baş
verəcək”. Bu barədə erməni politoloq İqor Muradyan
deyib.
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin lideri
Levon Ter-Petrosyanın rayonların qaytarılmasının vacibliyi haqqında
fikirlərini şərh edən Muradyan qeyd edib ki, Serj Sarkisyan da
sələfi kimi düşünür: “Lakin o, bu haqda bağlı qapılar arxasında
danışır. Petrosyanla Sarkisyanın Qarabağ məsələsində fikirləri
üst-üstə düşür. Sual yaranır ki, birinci prezident niyə ərazilərin
qaytarılmasının tərəfdarıdır və bu fikir ondan sonrakı
prezidentlərin fikirlərində niyə əks olunur?”
İ.Muradyan ərazilərin qaytarılmasına heç kimin etiraz etməyəcəyini
deyir.
Tezliklə ərazilər azad olunacaq - Sarkisyan bağlı qapılar arxasında nə deyir?
Hazırda Ermənistanda siyasi dairələrdən tutmuş, ictimai məkanlara qədər hər yerdə ərazilərin Azərbaycana qaytarılacağı haqqında danışırlar.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab
olunan “Stratfor” beyin mərkəzinin analitikləri 2017-ci ildə
Rusiyanın izləyəcəyi siyasəti təhlil edib. Amerikalı
analitiklər Rusiyanın 2017-ci ili səbirsizliklə gözlədiyini hesab
edirlər. Mərkəz Rusiyanın Cənubi Qafqazda daha da güclənəcəyini
diqqətə çatdırıb.
“İndiyə qədər neytrallığını saxlayan Azərbaycan Rusiya ilə daha
çox yaxınlaşacaq, Özbəkistan da eyni siyasi xətti tutacaq.
Həmçinin, Belarus da daxil olmaqla, Ermənistan, Qazaxıstan,
Qırğızıstan və Tacikistan Rusiya ilə əməkdaşlığı iki qat
artıracaqlar. Rusiyanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv
Təhlükəsizlik Müqaviləsi blokları daha aktiv fəaliyyət
göstərəcəklər”, - deyə “Stratfor” yazır.
Bakının 2017-ci il planı və “rus ssenarisi” – ABŞ KƏŞFİYYATI
Ötən üç il ərzində Rusiya Qərbin təzyiqi ilə üzləşdi və bir çox strategiyasını təxirə saldı.
Dekabrın 26-da Rusiyanın Sanks-Peterburq şəhərində
Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Ali Avrasiya
İqtisadi Şurasının iclasları keçirlib. Qırğızıstan
Avrasiya İqtisadi İttifaqının ticarət siyasətinin inkişafı haqqında
bəyanatı və Gömrük kodeksini imzalamayıb. Sammit ittifaqda fikir
ayrılığının olmasını açıq şəkildə nümayiş etdirdi. Xüsusilə Belarus
prezidenti Aleksdandr Lukaşenkonun sammitə gəlməməsi diqqət
çəkdi.
“Rus NATO-su”ndə isə əməlli-başlı problemlər var.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi gələn
ilin aprelində seçiləcək. Baş katibin seçilməməsinə
əsas səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun
Sankt-Peterburqa gəlməkdən imtina etməsi olub.
Daha əvvəl rusiyalı politoloq Aleksandr Karavayev
bildirmişdi ki, Ermənistan öz nümayəndəsinin KTMT-yə rəhbərlik
etməsini istəyirsə, o zaman Dağlıq Qarabağla bağlı söz
verməlidir: ““Çünki Ermənistanın KTMT-ni münaqişədə
təzyiq meydançası kimi istifadə etmək niyyəti var. Ehtimal ki, baş
katib Ermənistan nümayəndəsi olacaqsa, o, KTMT-də daim Dağlıq
Qarabağ məsələsini qaldıracaq. Belə təhlükə var.
Putindən Ermənistana “baş katib əvəzinə Qarabağ” şərti
KTMT-nin iclası bu gün axşam saatlarında Sankt-Peterburqda başlayacaq.
Son günlər ardıcıl zərbələr alan Rusiya növbəti
itkisini verib. Rusiyanın “Rosneft” şirkətinin sahibi İqor Seçinin
sağ qolu Oleq Erovinkin dekabrın 26-da Moskvanın mərkəzində
avtomobilində ölü tapılıb.
"Rosneft"in mətbuat xidmətinin rəhbəri Mixail Leontiyev 61 yaşlı
Erovinkinin ürək tutmasından öldüyünü bildirib. Rusiya prezidenti
Vladimir Putin “qara qutusu” hesab olunan Oleq Erovinkinin ABŞ
dövlət katibi postuna namizədliyi irəli sürülən "Exxon Mobil"
korporasiyasının başçısı Reks Tillersonla yaxşı əlaqələri var idi.
Erovinkinin ölümünün birbaşa Putinə mesaj olduğu və hadisənin
arxasında ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) olduğu təxmin
edilir.
İrəli sürülən əsas versiya onun məhz qətlə
yetirilməsi ilə bağlıdır. Bu, səbəbsiz deyil:
Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov kameralar
önündə qətlə yetirildi. Dekabrın 25-də Rusiya Müdafiə Nazirliyinin
əməkdaşlarını Suriyaya aparan Tu-154 təyyarəsi müəmmalı şəkildə
qəzaya uğrayaraq, Qara dənizə düşdü. Bir gün sonra – 26 dekabrda
Oleq Erovinkin avtomobilində ölü tapıldı.
“Rosneft”in mətbuat xidmətinin rəhbəri Mixail Leontiyev 61 yaşlı
Erovinkinin ürək tutmasından öldüyünü desə də, dünyanın siyasi
mənzərəsi fonunda bir həftə içində yaşanan bu hadisələr heç nəyin
təsadüf olmadığı fikrini gücləndirir.
Putinin “sirr küpü”nü kim aradan götürdü? - TƏHLİL
Rusiya prezidenti Vladimir Putinin “qara qutusu” hesab olunan Oleq Erovinkin öldürüldü.
Suriya cəbhəsi
Suriyanın Əl Bab şəhərinin İŞİD terror təşkilatından
təmizlənməsi üçün Türkiyə ordusu və Azad Suriya Ordusu tərəfindən
aparılan əməliyyatlar davam edir.
Türkiyə Əl Babın İŞİD təmizlənməsi prosesini sürətləndirmək üçün
terror təşkilatına son zərbəni vurmağa hazırlaşır. Bunun üçün
Kayseri 1-ci Komando Briqadasından 500 komando Əl Baba göndərilib.
Ölkənin cənubi-şərqi və şərqində PKK terror təşkilatına qarşı
əməliyyat təcrübəsi olan Kayseri 1-ci Komando Briqadası “terrorçu
ovçusu” adlanır.
Son məlumatlara görə, Hələbdən çıxarılan Azad Suriya Ordusunun
1400 əsgəri də Əl Baba gəlib.
Rusiya hərbi təyyarələri dünən gecə ilk dəfə olaraq
Əl Babda İŞİD hədəflərini vurub. Hərbi mənbələrin
məlumatına görə, Rusiya hərbi təyyarələri Türkiyə ordusunun və Azad
Suriya Ordusunun hücum etdiyi İŞİD-in Əl Babın mərkəzindəki
hədəflərini yox, şəhərin cənubunda terror təşkilatına məxsus
hədəfləri bombalayıb.
Türkiyə isə Suriyanın şimalında əməliyyat zonasını
genişləndirir. Suriyanın Əl Bab şəhərinin “Fərat
Qalxanı” hərəkatı çərçivəsində İŞİD-dən təmizlənməsindən sonra
Türkiyə ordusu və Azad Suriya Ordusunun növbəti hədəfi PYD-nin (PKK
terror təşkilatının Suriya qolu) nəzarətindəki Münbic olacaq.
Türkiyə mediasının yazdığına görə, ölkə prezidenti Rəcəb Tayyib
Ərdoğanın da bir neçə gün əvvəl siqnal verdiyi Münbiç üçün
əməliyyat planı hazırlanıb. Hazırlanan plana görə, əməliyyat Əl
Babın İŞİD-dən təmizlənməsindən 10 gün sonra başlanacaq.
Ərdoğan siqnal vermişdi – BÖYÜK HÜCUM BAŞLAYIR
Türkiyə prezidenti Münbic əməliyyatı barədə siqnalı üç gün əvvəl verib.
8 min terrorçu Türkiyəyə hücuma hazırlaşır – ABŞ ƏMR
VERDİ
Türkiyə və Azad Suriya Ordusunun Əl Babda uğurlu
əməliyyat keçirməsi ABŞ-ın narahatlığına səbəb olub.
Amerika PKK/PYD-yə silah yardımını sürətləndirib.
Türkiyənin “Yeni Şafak” qəzeti isə PKK/PYD-nin ABŞ-ın dəstəyi ilə
Türkiyəyə hücum edəcəyini yazıb. Məlumata görə, PYD Əl Babın
qərbindəki Afrin – Tel Rıfat xəttində müharibəyə hazırlıq görür. Bu
bölgəyə 8 mindən çox terrorçu, 13 tank, minaatanlar yerləşdirilib.
Eyni zamanda, ABŞ Fərat çayının şərqində PYD-yə dəstəyini
gücləndirib.
Rusiya və Türkiyə arasında Suriya üzrə aparılan
danışıqlar nəhayət ki, nəticə verib. Rusiya prezidenti Vladimir
Putin dekabrın 29-da ölkənin xarici işlər və müdafiə nazirləri ilə
görüşündə Suriyada atəşin dayandırıldığını və sülh danışıqlarına
başlandığını elan edib.
“İndi bizim uzun müddətdir gözlədiyimiz xəbər gəldi. Üç sənəd
imzalanıb. Birinci sənəd Suriya ərazisində atəşin dayandırılması
haqqında Suriya hökuməti və silahlı müxalifət arasında imzalanıb.
İkinci sənəd atəşin dayandırılması rejiminə nəzarət üzrə tədbirlər
kompleksini nəzərdə tutur. Üçüncü sənəd Suriya böhranının nizama
salınması üzrə sülh danışıqlarının başlanmasına hazırlıq haqqında
bəyanatdır”, - deyə Putin bildirib.
Suriyada prezident Bəşər Əsəd tərəfdarları ilə müxalif
qruplaşmalar arasında əldə edilmiş atəşkəs razılığı dekabrın 30-u
saat 00:00-da qüvvəyə minib.
Rusiya prezidenti görüşdə həmçinin bildirib ki,
Suriyada Rusiya hərbi qüvvəsinin azaldılması ilə bağlı Müdafiə
Nazirliyinin təklifilə razılaşıb. Dövlət başçısı
əlavə edib ki, Rusiya beynəlxalq terrorizmlə mübarizəni davam
etdirəcək və bu istiqamətdə Suriyanın qanuni hökumətinə dəstək
göstərəcək.
Hazırda əsas müzakirə mövzularından biri də Suriya
prezidentin siyasi gələcəyidir. Türkiyənin “A Haber”
kanalınının efirində ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Suriya prezidenti Bəşər Əsədlə görüşün müzakirə mövzusu olmadığını
vurğulayıb: “Biz Astanada Əsədlə masaya oturmayacağıq. Bu, müzakirə
mövzusu deyil”.
Suriya prezidenti Bəşər Əsəd növbəti prezident
seçkilərində hakimiyyətdən əl çəkə bilər. Bu barədə
Rusiya diplomatik qaynaqları məlumat yayıb.
ABŞ-Rusiya münasibətləri
ABŞ prezidenti Barak Obamanın vəzifə müddətinin başa
çatmasına həftələr qalmasına baxmayaraq, Rusiyanı sıxışdırmaqdan əl
çəkmir. Dekabrın 29-da Barak Obama Rusiya barəsində
yeni sanksiyalar haqqında fərmanı imzalayıb. Sanksiyalara məruz
qalan təşkilatlar arasında Federal Təhlükəsizlik Xidməti və
Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının Baş kəşfiyyat
idarəsi də var. Bundan başqa, ABŞ Rusiyanın 35 diplomatını ölkə
ərazisindən çıxarır. Rusiya diplomatlarının ABŞ-ı tərk etməsi üçün
72 saat vaxt verilib. Yüksək vəzifəli Amerika məmuru bildirib ki,
Vaşinqtonun bu addımı Rusiya hakimiyyəti tərəfindən amerikalı
diplomatların sıxışdırılmasına cavabdır.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova
bildirib ki, ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara lazımı cavab
veriləcək. Onun sözlərinə görə, Amerika xalqı hazırda
beynəlxalq terrorçular və ya düşmən ordusu tərəfindən deyil, öz
prezidenti tərəfindən alçaldılıb.
Rusiya XİN rəsmisi: “Amerika xalqı öz prezidenti tərəfindən alçaldılıb”
ABŞ-ın özü-özünə etdiyi pisliyi heç bir düşməni edə bilməzdi.
Rusiya xarici işlər naziri Sergey Lavrov da yeni sanksiyaların
cavabsız qalmayacağını deyib. Lavrov ABŞ-dakı seçki
prosesinə Rusiyanın müdaxiləsi haqqında Vaşinqtonun bəyanatlarını
əsassız adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi Amerika
sanksiyalarına cavab olaraq, 35 amerikalı diplomatın ölkədən
çıxarılmasını təklif edib.
Lakin Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya
Vaşinqtonun hərəkətlərinə cavab olaraq Amerika diplomatlarını
göndərməyəcək.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyaya
narahat olmamağı məsləhət görür. Tramp artıq
sanksiyalarla bağlı kəşfiyyat rəhbərləri ilə görüşəcək.
Donald Trampın ABŞ prezidenti seçilməsi Vaşinqton-Rusiya
münasibətlərinin normallaşmasını arzulayanlar üçün böyük ümid
verib. Tramp administrasiyasına yaxın Qərbi Avropa diplomatik
mənbələrinə istinadən Almaniyanın “Bild” qəzeti yazıb ki, ABŞ-ın
keçmiş dövlət katibi Henri Kissincer ölkənin yeni seçilmiş
prezidenti ilə Moskva arasındakı münasibətlərinin normallaşması
üzrə plan hazırlayacaq və iki ölkə arasında vasitəçi olacaq.
Henri Kissincer faktiki olaraq postsovet məkanını Rusiyanın
təsir sahəsi kimi tanıyaraq dünyanın ikiqütblü modelinə qayıtmasını
təklif edir.
Postsovet məkanı Putinə verilir, Krım məsələsi “dəfn” edilir ... – YENİ DÜNYA DÜZƏNİ
Siyasətçi hesab edir ki, Rusiya ilə normal münasibətlər Çinin artan hərbi gücü fonunda düzgün addım olacaq .
III Dünya müharibəsinin ssenarisi açıqlandı: Rusiyaya 3
gün kifayət edəcək
“Müharibə partiyası”nın üzvləri isə Rusiya və Qərb,
o cümlədən ABŞ arasında hər hansı yaxınlaşma ehtimalını yaxına
buraxmaq istəmirlər. Şimali Atlantika İttifaqının (NATO) Avropadakı
qoşunlarının baş komandanının keçmiş müavini, britaniyalı general
Riçard Şirreff “2017: Rusiya ilə müharibə: Təcili xəbərdarlıq”
kitabını dərc edib.
Kitabda Rusiyanın bir neçə gün ərzində Ukrayna və Baltikyanı
ölkələri tutacağı bildirilir. Generalın fikrincə, NATO və Rusiya
müharibəyə yaxındır. O, kitabında yazır ki, NATO Rusiyanın
ildırımsürətli hərəkətlərinə operativ reaksiya verə bilməyəcək və
Moskva dünyanı nüvə müharibəsi təhlükəsi qarşısında qoya bilər.
General nüvə müharibəsinin ən yaxın bir il ərzində baş verə
biləcəyini deyib.
III Dünya müharibəsinin ssenarisi açıqlandı: Rusiyaya 3 gün kifayət edəcək
Generalın fikrincə, NATO və Rusiya müharibəyə yaxındır.
Dekabrın 25-də Suriyaya uçan Rusiyanın Tu-154
təyyarəsi Soçidən qalxandan az sonra Qara dənizdə qəzaya
uğrayır. Hadisə nəticəsində 92 nəfər həlak olub.
Rusiya kəşfiyyatı təyyarə qəzasının dörd əsas versiyasını
açıqlayıb. Federal Təhlükəsizlik Xidməti (FTX) Qara dəniz
üzərində Tu-154 təyyarəsinin qəzası üzrə dörd əsas versiyanı
yoxlayır. Bunlar mühərrikə yad cismlərin düşməsi, keyfiyyətsiz
yanacaq, mühərrikin fəaliyyətini dayandırması və pilotların
səhvidir. Bildirilib ki, laynerdə terror aktı və ya diversiyanı
göstərən əlamətlər və faktlar hazırda qeydə alınmayıb.