Azərbaycanda saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a məlumat verilib.

Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən Yardımlı rayon sakini Elşən Bünyadovun 2016-cı il noyabr ayının 14-də Rusiyada aldığı sürücülük vəsiqəsinin saxta olması müəyyən edilib və toplanmış material Binəqədi RPİ-yə göndərilib.

Milli.Az