Yanvarın 5-də Nigeriyanın Abuca şəhərində Afrika Futbol Konfederasiyası 2016-cı ilin ən yaxşılarını mükafatlandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Uqanda millisi "İlin komandası" adına layiq görülüb. İlin ən yaxşı qadınlardan ibarət komandası 8-ci dəfə Afrika Millətlər Kubokunu qazanan Nigeriya millisi seçilib. Ən yaxşı klub komandası Afrika Çempionlar Liqasının son qalibi "Mamelodi Sundowns" olub.2016-cı ilin "Ən yaxşı gənc oyunçu"su mükafatı isə "Arsenal"ın yarımmüdafiəçisi Aleks İvobiyə çatıb. "Mançester Siti"nin hücumçusu Keleçi İhenaço gələcək vəd edən futbolçu kimi mükafatlandırılıb.

Afikada ilin simvolik komandası:

Denis Onyanqo, Coys Lomalisa, Erik Bayi, Aymen Abdennur, Serj Orye, Kiqan Dolli, Xama Billiat, Reinford Kalaba, Sadyo Mane, Pyer-Emerik Obameyanq, Riyad Mahrez

Milli.Az