Cənubi Qafqazda ölkələrin sayı azalacaq... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
·368 baxış·7 dəq oxu
Qarabağdan olan erməni hüquqşünasın sözlərinə görə,
Sarkisyan və Petrosyan Qarabağın təcili qaytarılmasını istəyir.
Rusiyalı şərhçi Stanislav Tasarov isə Türkiyənin 2017-ci ildə
Qafqazda aktivləşəcəyini proqnozlaşdırıb. Rusiya Müdafiə Nazirliyi
Suriyadakı hərbi qüvvələrinin ixtisarına başlayıb. Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu dolayısı ilə ABŞ-ın İŞİD-ə
dəstək verdiyini deyib. Rusiyanın ABŞ-dakı prezident seçkilərinə
mümkün müdaxiləsi haqqında məsələ getdikcə daha kəskin hal almağa
başlayır.
Qarabağdan olan erməni hüquqşünas Karen Oqandjanın
sözlərinə görə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan
ərazilərin qaytarılmasını istəyir. Hüquqşunas
xatırladıb ki, məhz bu məsələ onun istefasına səbəb olmuşdu.
“Görünür, o, öz fikirlərindən əl çəkməyib”, - deyə Oqandjan
bildirib. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan
da Petrosyanla eyni fikirdədir: “O da ərazilərin qaytarılmasını
istəyir və faktiki olaraq bu məsələnin müzakirə olunduğu
danışıqlarda iştirak edir. Petrosyan və Sarkisyan həmçinin,
münaqişənin həlli açarının Rusiyada olduğunu bildirir. Bununla
onlar kimin emissarları olduqlarını da etiraf edirlər”.
Qeyd edək ki, Levon Ter-Petrosyan bir müddət öncə ərazilərin təcili
qaytarılmasının və münaqişənin həll olunmasının vacibliyini qeyd
etmişdi.
Ərdoğan və Nazarbayevin Qarabağ PLANI: Ermənistan
xəritədən silinəcək
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı şərhçi
Stanislav Tasarov isə qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin
həlli üçün danışıqların bu il hansı məcrada davam edəcəyi,
ümumiyyətlə olub-olmayacağı şübhə altındadır.
Tasarov deyir ki, Türkiyə 2017-ci ildə Qafqaz siyasətini
aktivləşdirəcək və bu işdə ona Qazaxıstan yardımçı olacaq.
Erməni politoloq İqor Muradyanın açıqlaması isə
danışıqlar prosesində baş verənlər baxımından maraqlıdır. Muradyan
deyir ki, danışıqların arxa planında Ermənistanın mövqeyi nəzərə
alınmır. Politoloq xəbərdarlıq edir ki, anti-Amerika
mövqeyi tutan ölkələrin gələcəyi yaxşı olmayacaq.
Ərdoğan və Nazarbayevin Qarabağ PLANI: Ermənistan xəritədən silinəcək
"Ermənistan öz patronu Rusiya ilə birlikdə dağılacaq”
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkə
tarixində bir ilkə imza atmağa hazırlaşır. “New York
Times” nəşri yazıb ki, keçid qərargahı andiçmə mərasiminə qədər
(yanvarın 20-si – red.) xarici ölkələrdəki bütün səfirlərinin geri
çağırılması barədə sərəncam imzalayıb. Sərəncam 2016-cı il dekabrın
23-də Dövlət Departamentinin səlahiyyətlilərinə göndərilib.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutadır. O,
2015-ci ildən bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri səlahiyyətlərini yerinə yetirir. Sərəncamla onun da geri
çağırılacağı gözlənilir.
İŞİD və ABŞ Türkiyəyə qarşı müharibə aparır - RƏSMƏN
TƏSDİQLƏNDİ
“Rakkadan Əl Baba doğru gələn İŞİD terrorçularının
koordinatlarını koalisiya qüvvələrinə versək də, terrorçulara heç
bir hücum təşkil edilmir”. Bunu “New York Times”
nəşrinə danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
deyib. Türkiyə xarici siyasət idarəsinin başçısı bununla da
“Aydınlıq” nəşrinin iddiasını təsdiqləyib.
İŞİD və ABŞ Türkiyəyə qarşı müharibə aparır - RƏSMƏN TƏSDİQLƏNDİ
"Rakkadakı İŞİD-çilər Əl Babda türk əsgərinin üzərinə göndərilir”
Türkiyədə hazırda müzakirə olunan məsələrdən biri də
Yaxın Şərqdə anti-terror əməliyyatlarına qatılan koalisiya
güclərinin İncirlik bazasından çıxarılması
məsələsidir. Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu BMT-nin yeni baş katibi Antonio Quterreşlə görüşdən sonra
deyib ki, Türkiyənin Adana vilayətindəki İncirlik aviabazasının
bağlanması gündəmdə deyil.
Lakin M.Çavuşoğlu bildirib ki, Ankara İŞİD terror təşkilatı ilə
mübarizədə iştirak edən ölkələrə bu bazadan istifadə etməyə icazə
verib. Nazir qeyd edib ki, Türkiyə İŞİD terrorçuları ilə fəal
mübarizə aparır: "Lakin son vaxtlar beynəlxalq koalisiya Türkiyəyə
terrorçularla mübarizədə dəstək vermir".
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidentinin mətbuat katibi
İbrahim Kalın və Baş nazirin müavini Veysi Kaynak rəsmi Ankaranın
İncirlik" bazasındakı koalisiya qüvvələrinin çıxarılması imkanını
nəzərdən keçirildiyini bildirib.
Ankaradan səslənən bəyanatlara Vaşinqtonun cavabı
çox sərt olub. Ağ Evin mətbuat katibi Coş Ernest
brifinq zamanı deyib ki, Amerika hərbçilərinin İncirlik bazasından
istifadəsinin mümkün məhdudlaşdırılması Vaşinqtonun İŞİD terror
qruplaşması ilə mübarizədə Ankaraya verdiyi dəstəyə mənfi təsir
göstərəcək.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İzmir
məhkəməsi binasının qarşısında terror aktının törədilməsi barədə
təlimatı PKK terror təşkilatının verdiyini deyib.
Onun sözlərinə görə, erkən müdaxilə terrorçuların planını pozub və
daha böyük itkilərdən qaçmaq mümkün olub. Xatırladaq ki, dünən
İzmir məhkəməsi binasının qarşısında iki avtomobil partladılıb.
Hadisə nəticəsində bir polis və bir məhkəmə işçisi şəhid olub, 7
nəfər yaralanıb. Partlayışdan sonra baş verən atışmada iki terrorçu
öldürülüb, birinin axtarışları davam edir.
“Türkiyədə baş verənləri kimsə dayandıra bilməz” –
TƏHDİD
Suriya prezidenti Bəşər Əsədin BAAS partiyasının
nəzarətindəki parlamentin spikeri Xalid Abdud Türkiyəni təhdid
edib. O, Suriya televiziyasının canlı efirində İŞİD terror
təşkilatının içinə sızdıqlarını və təşkilatı
istiqamətləndirdiklərini bildirib. Suriyalı siyasətçi Türkiyənin
terror aktlarından qaçması üçün tək yolun olduğunu deyib.
“Türkiyədə baş verənləri kimsə dayandıra bilməz” – TƏHDİD
Suriyanın təhlükəsizlik təşkilatları və kəşfiyyatı bu cür şəbəkələrin içinə sıza bilib.
ABŞ-dan isə İŞİD terror təşkilatına dəstəklə bağlı
tarixi bir etiraf gəlib. Söhbət ABŞ dövlət katibi Con Kerrinin
Suriya müxalifəti ilə görüşünün səs yazısındabn
gedir. Səs yazısı mətbuata "Wikileaks" saytı
tərəfindən ötürülüb.
Tarixi etiraf: “İŞİD-i ona görə gücləndirdik ki...”
ABŞ dövlət katibi Con Kerrinin Suriya müxalifəti ilə görüşünün səs yazısı yayılıb.
Milli Kəşfiyyat direktoru Ceyms Klepperin ABŞ
prezidenti Barak Obamaya təqdim etdiyi məruzədə deyilir ki,
Rusiyadan olan vasitəçilər ABŞ Demokratlar Partiyasının Milli
Komitəsindən oğurlanmış məktubları “Wikileaks” saytına
verib.
Sənədin qeyri-məxfi versiyasının növbəti həftənin əvvəlində elan
ediləcəyi gözlənilir.
“WikiLeaks” saytının banisi Culian Assanc yanvarın 3-də bildirib
ki, sayt Rusiya və ya hər hansı başqa ölkə ilə əməkdaşlıq etmir.
Onun sözlərinə görə, Barak Obama administrasiyası Moskvanı Amerika
seçkilərinə müdaxilədə ittiham edərək qanunauyğun şəkildə prezident
seçilmiş Donald Trampı qələbədən məhrum etmək istəyir.
ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsində
Rusiya hakerlərinin ABŞ-da prezident seçkilərinin gedişinə
müdaxiləsi haqqında dinləmələr keçirilib.
Dinləmələrin gedişatında Milli Kəşfiyyat direktoru Ceyms
Klepper, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers və
Müdafiə Nazirliyinin kəşfiyyat üzrə müavini Marsel Lettr ifadə
veriblər.
Milli Kəşfiyyat direktoru Ceyms Klepper deyib ki, Kreml
kiberməkanda daha təcavüzkar xətti öz üzərinə götürüb, hökumət
təşkilatlarını, beyin mərkəzlərini, siyasi təşkilatları və
korporasiyaları hədəfə alıb.
Respublikaçı senator Con Makkeyn giriş çıxışında bildirib ki,
ABŞ Rusiya prezidenti Vladimir Putinin ABŞ-a qarşı fəaliyyətinə,
həmçinin Ukraynaya qarşı təcavüzə və Krımın tutulmasına effektiv
cavabı verməlidir. Amma Con Makkeyn qeyd edib ki, kiberhücumlarda
Rusiyanın iştirakı haqqında Amerika xüsusi xidmət orqanlarının
məlumatları prezident seçkilərinin nəticələrini – respublikaçı
Donald Trampın qələbəsini şübhə altına qoymur.
ABŞ-ın vitse-prezidenti Co Bayden PBS telekanalına
müsahibəsində Birləşmiş Ştatların Rusiyanın haker hücumlarına
yalnız rəsmi qaydada deyil, həm də məxfi hərəkətlərlə cavab
verdiyini söyləyib: “Sizə bəzi cavab hərəkətlərimiz
məlumdur, bəzilərisə məlum deyil”.
Vitse-prezident məlum hərəkətlər kimi sanksiyaların
genişləndirilməsini və Rusiya diplomatlarının ABŞ-dan
göndərilməsini nümunə gətirib.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama dekabrın 29-da Rusiya
barəsində yeni sanksiyalar haqqında fərmanı imzalayıb. Sanksiyalara
məruz qalan təşkilatlar arasında Federal Təhlükəsizlik Xidməti və
Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının Baş kəşfiyyat
idarəsi də var.
Bundan başqa, ABŞ Rusiyanın 35 diplomatını ölkə ərazisindən
çıxarır. Rusiya diplomatlarının ABŞ-ı tərk etməsi üçün 72 saat vaxt
verilib. Yüksək vəzifəli Amerika məmuru bildirib ki, Vaşinqtonun bu
addımı Rusiya hakimiyyəti tərəfindən amerikalı diplomatların
sıxışdırılmasına cavabdır.
Rusiya Müdafiə Nazirliyi Suriyadakı hərbi
qüvvələrinin ixtisarına başlayıb. Bu haqda Rusiya
Silahlı Qüvvələri Baş qərargahının başçısı, ordu generalı Valeri
Qerasimov bildirib.
O deyib ki, bu barədə prezident, Silahlı Qüvvələrin Ali Baş
komandanı Vladimir Putin qərar qəbul edib. Onun sözlərinə görə, ilk
olaraq “Admiral Kuznetsov” təyyarədaşıyanı, “Böyük Pyotr” kreyseri
və onları müşayiət edən gəmilər Suriyanı tərk edəcəklər.
Rusiya generalı qeyd edib ki, donanma qrupu öz missiyasını
yerinə yetirib.