"DəmirBank"ın keçirfiyi "Komissiyasız Yeni İl" aksiyası davam edir

"DəmirBank"ın keçirfiyi "Komissiyasız Yeni İl" aksiyası davam edir
16:07 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 16:03 ]


Bakı - APA-Economics. “DəmirBank”ın yeni il münasibətilə keçirdiyi “Komissiyasız Yeni İl” aksiyası davam edir.

 

Bankdan “APA-Economics”in məlumatına görə, aksiyanın şərtlərinə görə 10 min manat məbləğinə qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq edilmir. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.

 

Qeyd edək ki, aksiya yanvarın 31-dək davam edəcək.

 

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri və digər istehlak kreditləri mövcuddur.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR