"Bayer Munix"in qapıçısı Manuel Noyer tennis təcrübəsinin ona çox kömək etdiyini bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman qolkiper 14 yaşına kimi tennislə məşğul olmasından söhbət açıb.
"Tennisçiyə lazım olanlar qapıçı kimi mənə də lazımdır. Məsələn, cəld ayaqlar, məsafəni hiss etmək, oyunu oxumaq bacarığı, uyğun anda hərəkətləri planlaşdırmaq. Bütün bunlar mənə tez-tez kömək edir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində