TV8-də ekranlara gələn "O Ses Türkiyə"də Sibel Canın yerinə müvəqqəti olaraq münsif kürsüsünə əyləşən Hülya Avşar iştirakçını razı etmək üçün çox maraqlı bir üsula əl atıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, yarışın bu axşam efirə gedəcək hissəsində sənətçinin ifasına heyran qaldığı iştirakçını komandasına qatmaq üçün telefonunu çıxarıb Sibel Cana zəng etdiyinin şahidi olacaqsınız.

Məşhur sənətçi: "Sibel Canla danışıram. Xüsusilə səni çox istədiyini söyləyir", - sözlərilə iştirakçını razı salmağa çalışıb. Digər münsif üzvü Murat Bozun isə: "Alo, Mazhar Abi (Mazhar Alanson)",- deyərək, eyni üsulla qarşılıq verməsi isə hər kəsin gülüşünə səbəb olub.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"O Ses Türkiyə"də bir ilk: Hülya Avşar iştirakçının onu seçməsi üçün... - VİDEO"O Ses Türkiyə"də bir ilk: Hülya Avşar iştirakçının onu seçməsi üçün... - VİDEO

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində