Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb.

“BakuBus”un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: “Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "BakuBus"-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Bakıda polis polkovnikinin xanımının öldüyü qəzanın VİDEOSU

Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə öldü (YENİLƏNDİ) - FOTO

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.