x
Loading...
.

Kamran Ağayevin klubu bu gün Portuqaliya çempionatında liderlə görüşəcək

Kamran Ağayevin klubu bu gün Portuqaliya çempionatında liderlə görüşəcək
10:37 14 Yanvar 2017
61 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 14 yanvar. REPORT.AZ/ "Boavişta" klubu bu gün Portuqaliya çempionatında XVII tur matçına çıxacaq.
"Report"un məlumatına görə, rəqib çempionatın lideri "Benfika" olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüş Lissabondakı "Eştadiu da Luj" stadionunda keçiriləcək.
"Boavişta"nın qapısını yenə Azərbaycan millisinin üzvü Kamran Ağayevin qoruyacağı gözlənilir. Emin Mahmudovun isə start heyətdə meydana çıxacağı ehtimalı azdır.
Qeyd edək ki, 16 turdan sonra "Boavişta" 20 xalla 10-cu pillədə qərarlaşıb. İlk pillədəki "Benfika"nın isə 41 xalı var. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kamran-agayevin-klubu-bu-gun-portuqaliya-cempionatinda-liderle-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR