Tovuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Tovuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
13:27 14 Yanvar 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 14 yanvar. REPORT.AZ/ Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, "Ford" markalı sərnişin mikroavtobusu "QAZ-21" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində bir ailənin 3 üzvü - Mehman Məmmədov, Nazxanım və Təranə Məmmədovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. 
Xəstəxanadan "Report"a verilən məlumata görə, xəsarət alanlardan N.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-mikroavtobus-qezya-dusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR