"Şou-biznesə qarışan adam deyiləm. Kino sahəsində çalışmağa başlamışam. Mahnı oxumağa bir az fərqli baxıram".
Bu sözləri "qafqazinfo"ya açıqlamasında Aqşin Fateh bildirib.
İfaçı artıq klip və mahnı dövrünün bitdiyini qeyd edib:
"Dərviş, bəzən isə sevgi janrında mahnı oxuyuram. Amma əsas kino sahəsində özümü sınayıram. Klip və mahnı dövrü bitib, kino dövrü başlayıb. 4-5 günə serial çəkməyə başlayacağıq. İki kanal arasında qalmışıq, hələ harada yayımlanacağı dəqiq deyil. İki filmi də ərsəyə gətirəcəyik. Paralel olaraq şeir və qəzəl deyirəm.
Aynur Dadaşova da efirlərə qayıdıb. Aynurla o vaxt layihə etmişdik, uğurlu alınmışdı. İndi əlaqəmiz yoxdur, ayda, ildə bir dəfə görüşürük. İndi bir layihəmiz yoxdur. Elşən Xəzərlə isə tez-tez görüşürük. O da şou-biznesdən uzaqlaşıb, ancaq sənət və yaradıcılıq davam edir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

