Üç polisin qətlinə görə üç nəfər edam edildi

Üç polisin qətlinə görə üç nəfər edam edildi
13:43 15 Yanvar 2017
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bəhreyndə 2014-cü ilin martında partlayış nəticəsində 3 polisin ölümü ilə əlaqədar 3 şiə güllələnib.

Publika.az xəbər verir ki, Bəhreyn yaxınlığındakı Manama qəsəbəsində 3 mart 2014-cü ildə minalanmış avtomobil partladılıb.

Nəticədə iki Bəhreyn polisi və həmin vaxt Bəhreyndə vəziyyətin stabilləşdirilməsi üçün Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Liqasının təhlükəsizlik qüvvələrinin tərkibində fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirliklərinin bir polisi ölüb. Həmin qüvvələr ölkədə şiə "Əl-Vifak" Partiyasının başçılığı ilə kütləvi aksiyaların genişlənməsi ilə əlaqədar Bəhreyn hakimiyyətinin xahişi ilə dəvət edilib. Bu qüvvələrin əsas kontingentini Səudiyyə Ərəbistanının qüvvələri təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR