Jerar Kardon Milli Məclisdə

Jerar Kardon Milli Məclisdə
19:43 16 Yanvar 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclis (MM) sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan fransalı yazıçı Jerar Kardon ilə görüşüb.

Publika.az-a MM-dən verilən məlumata görə, vitse-spiker Azərbaycanla Fransa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.

Bahar Muradova Jerar Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədi ilə ölkəmizə səfər etməsini yüksək qiymətləndirib və qeyd edib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrə böyük önəm verir, onları yüksək səviyyədə qoruyub saxlayır, ictimai-siyasi həyatda fəal iştirak edirlər: “Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Fransa ilə işçi qrupuna ölkənin birinci xanımı, deputat Mehriban xanım Əliyeva rəhbərlik edir. Onun iki ölkə arasında bütün istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlər təqdirəlayiqdir".

Jerar Kardon qeyd edib ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra ölkələrdə həyata keçirilib: “Məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsi ilə təqdim etməkdir. Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/183957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR