"Çox qol fürsəti yaratsaq da, lazım olan qolu vura bilmirik"

"Çox qol fürsəti yaratsaq da, lazım olan qolu vura bilmirik"
22:32 16 Yanvar 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə "Everton"a darmadağın olan (0:4) "Manchester City"nin baş məşqçisi Xosep Qvardiola oyunla bağlı fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının əlinə düşən fürsətlərdən yararlana bilmədiyini deyib:

"Birinci hissədə bir neçə yaxşı qol imkanı əldə etsək də, dəyərləndirə bilmədik. Ancaq rəqib ilk əldə etdiyi şansdan yararlandı. Fasilədən dərhal sonra rəqib daha bir qol vurdu və bu, komandanı çətin vəziyyətdə qoydu. Bu oyun bizim cari mövsümkü çıxışımıza bənzəyir. Çox qol fürsəti yaratsaq da, lazım olan qolu vura bilmirik. Bu, futboldu".

21 turdan sonra hesabında 42 xal olan "Manchester Citi" 5-ci pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/508247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR