BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb

BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
01:27 17 Yanvar 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Yəməndə iki ildir davam edən silahlı münaqişə nəticəsində ölənlərin sayı 10 min nəfərə, yaralıların sayı isə 40 min nəfərə çatıb.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Ceymi Makqoldrik məlumat verib.
BMT bundan əvvəl 42 min nəfərin öldüyünü, onların 1400 nəfərinin uşaq olduğunu xəbər vermişdi.
Bu rəqəmlər səhiyyə müəssisələri tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən edilib. Həlak olanların real sayı bundan əhəmiyyətli dərəcədə çox ola bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-yemen-muharibesinde-olenlerin-sayi-10-min-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR