Onun sözlərinə görə, bu gün həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1,25 mln. dollar həcmində faiz ödənilib. O qeyd edib ki, bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
SOCAR-ın qiymətli kağızların emissiyası üzrə baş məsləhətçisi və "SOCAR Capital" şirkətinin Məsləhət Şurasının üzrü Əli Ağaoğlu bildirib ki, hazırda SOCAR istiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər: "SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1 000 dollara almağa hazırdır. Bu şərtlər investorlar üçün 100%-lik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb".