Fillər ən ağıllı, ən gözəl, ən müdrik heyvanlardır. Onları qorumaq, qayğılarına qalmaq üçün əllərimizdən gələni edirik. Çünki gecələr burada soyuq olur. Fillərin üşüməsini istəmirik.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, Hindistanın paytaxtı Nyu Dehlidən 50 km cənubdakı Mathura bölgəsinin inzibati mərkəzi olan eyniadlı şəhərin kənarında yerləşən məbəddə yerli qadınlar fillər üçün paltarlar toxuyurlar.

"Wildlife SOS Elephant Conservation and Care Centre"də qorunan 20 fil üçün jaket, cemper, şalvar toxunması prosesinin təşəbbüskarları Lakşmi, Pulkali və Syuzi adlı qadınlardır.

Onlar yerli məbədə yollanır, məbədin həyətində fillər üçün paltarlar toxuyurlar.

"Wildlife SOS Elephant Conservation and Care Centre"in banisi və direktoru Kartik Satyanarayanın dediyinə görə, onlar sahibsiz, habelə sahiblərinin həddən artıq qəddar davrandığı üçün bu adamların əllərindən alınan filləri bəsləyirlər.

"20 filimiz var. Onların qayğısına qalır, bəsləyir, qulluq edirik. Kənddəki qadınlar fillərimiz üçün paltarlar toxuyurlar. Gecələr çox soyuq olur. Hətta dəriləri qaldın olan fillər də soyuqdan əziyyət çəkirlər", - Satyanarayan deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bu qadınlar fillərə jaket və şalvarlar toxuyurlar - FOTO