“Ebola”dan ölənlərin sayı artır

“Ebola”dan ölənlərin sayı artır
02:06 15 Mart 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

“Ebola” virusundan ölənlərin sayı 10 mini ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 10 163 nəfər olduğu bildirilib. Bu, iki gün ərzində 163 nəfərin artması deməkdir.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 24 509 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində bu ölkələrdə minlərlə insan çarəsiz şəkildə ölümə təslim olacağı günü gözləyir..

Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=331931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR