Şou-biznesin yerli tanınmışları bir-biri ilə yanaşı, əvnəbi ulduzlarla da duet oxuyub.
Axşam.az xarici müğənni ilə duet oxuyan müğənnilərin siyahısını təqdim edir:
Xalq aristi Aygün Kazımova məşhur ulduz Snup Doqla “Coffe from Columbia” mahnısını oxuyub. A.Kazımova bu layihəyə külli miqdarda pul xərclədiyini deyib.
Əməkdar artist Tünzalə Ağayeva qaradərili ifaçı Kelli Coysla “Bakımın üzü gülür” adlı mahnını duet şəklində səsləndirmişdi.
“Eurovision 2011” qalibi Eldar Qasımov Aligee ilə “I’m free” mahnısını duet şəklində səsləndirib.
Uzun müddət əvvəl fəaliyyət göstərən “Dəyirman” qrupu amerikalı reper Toni Blackmanla duet oxuyub. Onlar birlikdə “Justice For Khojaly Manifest” mahnısını səsləndirmişdi.
Bir vaxtlar müğənni kimi fəaliyyət göstərən Aysel Teymurzadə dünyaca məşhur ifaçı Araşla duet oxuyub. Onlar “Always” mahnısı ilə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmişdilər.
“Eurovision 2011” qalibi Nigar Camal rusiyalı ifaçı Dima Bilanla duet oxuyub. Onların birlikdə səsləndirdiyi mahnı “Come Into My World” adlanır.
Xalq artisti Alim Qasımov Devid Vendetta ilə “I'm your Goddess” mahnını duet şəklində səsləndirib.
Türkiyədə yaşayan azərbaycanlı müğənni Ezo Rafet El Romanla oxuduğu “Kalbine sürgün” adlı duetlə məşhur olub.
Müğənni Xəyyam Nisanov Ziynet Sali ilə duet oxuyub. Onlar “İstanbul” adlanan mahnıya klip də çəkdiriblər.
Müğənni Vaqif Nağıyev əcnəbi ifaçı İnqridlə “Ümid yağışı” adlı mahnını səsləndirib.