Türkiyənin Adana şəhərində 2016-cı ilin fevralında köhnə sevgilisi Bünyamin F. tərəfindən döyülərək öldürülən 28 yaşlı Türkan Sarıkayanın qətliylə bağlı yeni bir dəlil ortaya çıxıb.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, polis Türkanın telefonundan cinayətdən 1 ay sonra siqnal gəldiyini təsbit edib.
Hadisə gecəsi SİM kartı qırılaraq blok edilən gənc qıza aid telefon xətti cinayətdən bir ay sonra yenidən siqnal verib.
Araşdırma sonrası Sarıkaya ilə Bünyamin arasındakı Whatsapp yazışmaları üzə çıxarılıb.
Türkan Sarıkayanın evdə təcavüzə məruz qaldığı, corab ilə boğulmaq istənildiyi, başına dəfələrlə vurulub komaya salındıqdan sonra spirtli içki içdiyi təəssüratı yaratmaq üçün ağzına və üstünə spirt töküldüyü istintaqa məlum olub.
Bünyamin F. və ona kömək etdiyi iddia edilən qardaşı U.F. ilə dostu A.C.D, həbs olunublar.
Təhməz Təkin
Milli.Az
