Rihannanın köhnə sevgilisi Drake ilə əlaqələrini sosial şəbəkədən xəbər verən Cennifer Lopezin kanadalı reper tərəfindən porno ulduz Rose Divine ilə aldadıldığı iddia edilir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, təxminən bir aydır Drake ilə eşq yaşayan Cennifer Lopezin aldadıldığı iddiası "maqazin dünyasında" dildən-dilə gəzir.

Konsert vermək üçün Amsterdama gedən Drakenin bir yapon restoranında porno ulduz Rose Divine ilə axşam yeməyi yeyərkən çəkilmiş görüntüləri xəyanət iddialarını artırıb.

Cütlüyün işlə bağlı masa ətrafında bir araya gəldiyi ifadə edilsə də, paparassilər Rose Divine ilə Drakenin olduqca səmimi olduğunu təsdiq ediblər.

Məhəmməd Vaqif
Milli.Az

Məşhur sənətçiyə BÖYÜK ŞOK: Porno ulduzla aldadıldı - FOTO
Məşhur sənətçiyə BÖYÜK ŞOK: Porno ulduzla aldadıldı - FOTO