"Report" "Sabah" qəzetinə istinadən xəbər verir ki, müstəntiqlər qatilin bütün yazışmalarının diplomatın qətlindən 2,5 saat sonra silindiyini müəyyənləşdiriblər. Hətta parol digər SIM-kartından da sındırılıb.
Xəbərdə bildirilib ki, M.Altıntaş "Gmail" poçt serverindən istifadə etdiyindən Türkiyə hökuməti "Google" rəhbərliyinə müraciət ünvanlayıb və tədqiqatın aparılmasında kömək göstərilməsini istəyib.