Nyu-York aeroportunda qaçqınların saxlanılmasına qarşı etiraz aksiyası keçirilib
Paylaş
68 baxış·1 dəq oxu
Bakı. 29 yanvar. REPORT.AZ/ Nyu-Yorkun Con Kennedi adına Beynəlxal Hava Limanında ABŞ prezidenti Donald Trampın ölkəyə girişin məhdudlaşdırılması haqqında fərmanına əsasən 11 qaçqın saxlanılıb. "Report" BBC-ə istinadən xəbər verir ki, onlarla fəal aeroportun terminalı qarşısında etiraz aksiyası keçirərək məcburi köçkünlərin buraxılmasını tələb ediblər. "Biz qaçqınlarlayıq", - deyə etirazçılar şüar səsləndiriblər.