Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həftə 2 qarşılaşma ilə başa çatıb.
Əvvəlcə meydana "Zirə" və AZAL komandaları çıxıblar. Bu görüş Ayxan Abbasovun "Zirə"nin baş məşqçisi kimi ilk rəsmi oyunu olub. Gənc çalışdırıcı qələbə ilə debüt etməyə nail olub. Sezar Meza Kollinin dublu meydan sahiblərinin AZAL üzərində qalibiyyətini təmin edib.
Tura əzəli rəqiblərin dueli - "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulub. Meydan sahibləri matçın favoriti olsa da, hesabı "Neftçi" açıb. Qara Qarayevin kobud səhvindən yararlanan Cavid İmamverdiyev fərqlənib. "Qarabağ" cəhd etsə də, ilk hissədə bərabərlik qolunu vurmaq mümkün olmayıb.
İkinci hissədə isə matçın ən qalmaqallı məqamı baş verib. "Neftçi"nin futbolçusu Məqsəd İsayevin əlinə dəyən topu oyunun baş hakimi Ramil Diniyev penalti kimi dəyərləndirib. Qonaq komandanın zərbənin cərimə meydançasından kənarda dəyməsi ilə bağlı etirazlarına baxmayaraq, fikrini dəyişməyən hakim nöqtəni göstərib. Dino Ndlovu isə fürsəti əldən verməyib.
Azərbaycan Premyer Liqası
III dövrə
XV tur
29 yanvar (bazar)
"Qarabağ" - "Neftçi" - 1:1
Qollar: Dino Ndlovu, 73 (pen.) - Cavid İmamverdiyev, 13
İlk 2 dövrədəki oyunlar: 3:0, 2:0
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
Suraxanı qəsəbə stadionu
"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
"Neftçi": 33. Boban Baykoviç, 10. Cavid İmamverdiyev, 8. Zdenek Folprext, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 15. Ruslan Abışov (k), 6. Pavel Dreksa, 29. Georgi Navalovski, 11. İqnasio Herrera Fernandes, 25. Kiril Petrov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 13. Murad Ağayev, 3. Jayro Rodriges, 23. Tərzin Cahangirov, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov
Baş məşqçi: Elxan Abdullayev
"Zirə" - AZAL - 2:1
Qollar: Sezar Meza Kolli, 12, 29 - Rəşad Abdullayev, 50
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
"Zirə": 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 39. Sadiq Quliyev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 20. Sezar Meza Kolli, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 11. Viktor İqbekoyi, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 92. Cavid Tağıyev, 96. Elgün Nəbiyev
Baş məşqçi: Ayxan Abbasov
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 14. İlqar Ələkbərov, 17. Eltun Hüseynov, 27. Rəşad Abdullayev, 7. Kamal Mirzəyev, 9. Röyal Nəcəfov, 8. Sadio Tounkara
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 2. Elşad Manafov, 77. Arkadi Qalperin, 37. Fərid Abbaslı
Baş məşqçi: Tərlan Əhmədov
Turnir cədvəli
|
1 |
Qarabağ |
15 |
10 |
3 |
2 |
27-7 |
33 |
|
2 |
Qəbələ |
15 |
9 |
5 |
1 |
31-8 |
32 |
|
3 |
İnter |
15 |
7 |
7 |
1 |
25-13 |
28 |
|
4 |
Sumqayıt |
15 |
4 |
6 |
5 |
14-19 |
18 |
|
5 |
Zirə |
15 |
5 |
3 |
7 |
13-16 |
18 |
|
6 |
Kəpəz |
15 |
3 |
6 |
6 |
11-17 |
15 |
|
7 |
Neftçi |
15 |
3 |
1 |
11 |
10-31 |
10 |
|
8 |
AZAL |
15 |
1 |
5 |
9 |
7-27 |
8 |
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində