"Cicişler" olaraq tanınan bacılardan Esra Ersoy Yeşim Salkımın sevgilisi Murat Karabovanın ona təcavüz etdiyini deyərək polisə şikayət edib.
Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, Esra Ersoyun şikayətçi olduğu saatlarda Murat Karabova isə restoranda sevgilisi Yeşim Salkım ilə Hülya Avşarı dinləyirdilər.
Beş saata yaxın şöbədə ifadə veren Esra Ersoy xəstəxanaya hesabat almağa getmək üçün polis bölməsindən çıxdığı zaman şikayəti haqqında açıqlama edib.
Ersoy: "Hər şeyi ifadəmdə danışdım. Murat Karabovanın cəzasını çəkməsini istəyirəm. Kimsə mənim razılığım olmadan mənimlə zorla yaxınlıq edə bilməz. Yeni tanış olmuşduq, mənə "Yeşim Salkımdan ayrıldım. Bitdi!" demişdi. İki gecə öncə oteldə bu olayı yaşadım. Psixoloji olaraq hadisənin təsirini üzərimdən atmadığım üçün gəlib şikayət etdim" deyib.
Məhəmməd Vaqif
Milli.Az