Milli.Az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert bu gün yolda avtomobilini idarə edərkən şahidi olduğu maraqlı bir hadisə barədə məlumat verib:

"Səhər-səhər təxminən 7.30-da formaca mənə maraqlı gələn xırda bir qəzaya şahid oldum. Deməli, 3 zolaqlı yolda 5 cərgə ilə gedirik. Əslində belə yerdə özümü yolda yox, sürüdə hiss edirəm. Özü də bəzi başıpozuqlar hətta belə vəziyyətdə də burunlarını ora-bura soxurlar. Məndən sağda azacıq qabaqda yük avtomobili birdən özündən qabaqkı minik avtomobilini vurdu. Cüzi deformasiya ola bilərdi. Amma bu yük avtomobili diqqətimi qəzadən əvvəl çəkmişdi, çünki mədəniyyətsiz sürmə tərzi nümayiş etdirirdi. Toxunanda dayandılar. Bunların bərabərinə çatanda gördüm ki, yük avtomobilində 5-6 dana var. Özü də elə bu anda vurulan minik avtomobilinin sükanı arxasından polis zabiti düşdü. Bu vaxt yük avtomobilinin sürücüsünə baxdım ki, görüm bu necə biridir. Onun gözlərinin dana gözləri kimi bərəldiyi diqqətimi cəlb elədi...

Yol sürüşkən deyildi, qəza sadəcə yük avtomobilinin sürücüsünün diqqətsizliyinin nəticəsi idi. Ara məsafə onsuz da çox az idi, üstəlik sürücü, bəlkə də, həmin an qabağa baxmırdı. Amma əminəm ki, danaların da rolu oldu, çünki sərt tormozda danalar hamısı qabaq borta sıxışdılar, bu isə avtomobilə az da olsa təkan verə bilir.
Dana daşıyan sürücünün dana gözü kimi bərələn gözləri çox pis təəssürat yaratdı..."
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində