"Zirə"nin sabiq hücumçusu Nelson Bonilla özünə yeni komanda tapıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, salvadorlu oyunçu karyerasını Türkiyədə davam etdirəcək.
Portuqaliyanın "Nasional" klubunda əsas heyətə düşməkdə çətinlik çəkən hücumçu I liqada mübarizə aparan "Qaziantep BB" klubu ilə müqavilə imzalayıb.
Salvador millisinin üzvü mövsümün sonuna qədər icarə əsasında Antep təmsilçisinin uğurları üçün çalışacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində